Rayon haqqında
1920-ci ildən 1930-cu ilədək Lənkəran qəzasının Vərgədüz dairəsi adlandırılmışdır. 1930-cu ildən rayon statusu alaraq Vərgədüz rayonu adlandırılmışdır. 1938-ci ildən Yardımlı rayonu adlandırılmış və mərkəz Yardımlı olmuşdur.
Yardımlı sözü qədim “Yardəm” şəhərinin adı ilə bağlıdır. Akademik Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” kitabında verdiyi xəritədə “Yardəm” şəhərini Ərdəbil şəhərindən şimalda-indiki Yardımlı rayon ərazisində göstərmişdir.
Yardımlı rayon İran İslam Respublikası və Azərbaycan Respublikasının Lerik, Masallı və Cəlilabad rayonları ilə həmsərhəddir. Cənubdan Lerik rayonu ilə sərhədinin uzunluğu 40 km, Şərqdən Masallı rayonu ilə 11 km, Şimal-şərqdən Cəlilabad rayonu ilə isə 20 km-dir. Şimal və Qərbdən qonşu İran İslam Respublikası ilə dövlət sərhədinin uzunluğu 96 km-dir.
Rayon 30 inzibati ərazi vahidindən, 30 bələdiyyədən, 88 yaşayış məntəqəsindən, o cümlədən 1 şəhər və 87 kənddən ibarətdir.
Rayon əhalisinin 50,2%-i (29940) kişilər və 48,2%-ni (29702) qadınlar təşkil edir.
Respublikamızın paytaxtı Bakı şəhərindən 304 km aralıda yerləşir. Ərazisi 667 km2-dir. Ərazinin təxminən üçdə biri-20536 hektarı meşəlikdir.39-38 dərəcə şimal en dairəsində, 48-49 dərəcə şərq uzunluq dairəsində yerləşir. Torpaq zonaları dağ-çəmən torpaqlarından, dağ-meşə-qonur torpaqlarından, qəhvəyi-dağ-meşə torpaqlarından ibarətdir. Torpaqların mexaniki tərkibi gillicə, orta gillicə, ağır gillicədir.
Rayonun ən böyük və ən uzun çayı Viləş çayıdır. O, Xəzər dənizinə tökülür. Onun uzunluğu 111 km-dir. Viləş çayının qolları-Allar, Peştəsər, Solqard və Vəlişli çaylarıdır. Rayon ərazisi Talış sıra dağları (Ən hündür zirvə Şahnişinidir.Hündürlüyü 2490 metrdir), Peştəsər sıra dağları (ən hündür zirvə Peştəsər zirvəsindədir 2244 mütrdir), Buravar sıra dağları ilə əhatələnir.
İqlimi və orta illik tempetaturu; İqlim-isti, normal nəmli, yumşaq qış, isti yay. Orta illik temperaturu +11,9 dərəcə C, yağıntının miqdarı – 586 mm, külək qərb-cənub, orta surəti – 1,6 m/san-dir, qrunt sularının dərinliyi – 4,5 metr, seysmik dərəcəsi – 7 baldır.
Yardımlı rayonunun ərazisi 66720 ha torpaq sahəsini əhatə edir.
Meşələrdə qiymətli ağaclar- fısdıq, vələs, palıd, nəhəng ağcaqayın, dəmrağac, kol cinslərindən qaragilə, itburnu, əzgil, quşarmudu və s. ağac növləri vardır. Meşələrdə canavar, donuz, caqqal, tülkü, dələ, porsuq kimi vəhşi heyvanlarla yanaşı çol pişiyi və vaşaqa da rast gəlinir.
Hal-hazırda Yardımlı rayon əhalisinin əsas məşğulluğu kənd təsərrüfatı məhsullarının istehsalıdır. Belə ki, 2011-ci ilin 01 oktyabra olan məlumatına əsasən 6379 ton taxıl, 7373 ton kartof, 1950 ton tərəvəz, 1931 ton ət, 10200 ton süd, 130 ton yun, 5781000 ədəd yumurta istehsal etmişdir. Rayonda iri buynuzlu ma-qaranın sayı 27196 başa, o cümlədən anaların sayı 13518 başa, davarların sayı 77514 başa, arı ailələrinin sayı 4419 ailəyə, bütün növ quşların sayı isə 120567 başa çatmışdır.
Rayonda 80 ümumtəhsil məktəb, o cümlədən 42 tam orta, 22 ümumi orta, 16 ibtidai məktəbləri və 1 texniki peşə məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 8916 şagirdin təlim-tərbiyyəsi ilə 1031 müəllim dərs deyir. 3 məktəbəqədər tərbiyyə və 5 məktəbdənkənar müəssisə vardır. 89 mədəniyyət obyektləri - 1 Heydər Əliyev Mərkəzi, 1 Tarix Diyarşünaslıq Muzeyi, 1 uşaq musiqi məktəbi, 1 şəhər və 1 kənd mədəniyyət evi, 1 rayon kinotetrı, 2 şəhər və 24 kənd klubu, 1 rayon mərkəzi kitabxana və 57 kənd kitabxanası fəaliyyət göstərir. Bu müəssisələrdə 140 işçi çalışır. Rayonda 36 səhiyyə müəssisəsi vardır. Belə ki, 100 çarpayılıq 1 mərkəzi xəstəxana və 2 kənd xəstəxana, 17 tibb məntəqəsi və 16 həkim məntəqəsi vardır ki, bu müəssisələrdə 47 həkim, 119 tibb işçisi çalışır.
Əalvə olaraq rayonda S.İbişov adına Yardımlı peşə məktəbi fəlaiyyət göstərir. Bu məktəbdə 6 qrupda (Elektrik-qaz qaynaqçısı, geniş profilli traktorist-maşinist, kəndin elektrikləşməsi və rabitə üzrə elektrik mantyoru, avtomobil və kənd təsərrüfatı maşın və avadanlıqların təmiri üzrə çilingər, heyvandarlıq kompleksi üçün ferma operatoru və arıçılıq peşəsi) 160 şagirdin təhsili ilə 16 pedoqoji işçi işləyir.
Yardımlı rayonunda QIZ QALASI, ÇÜZÜNQALA, “MORAN-QALA”, ABİ-DƏRDƏ TÜRBƏSİ, ALAR MAĞARASI tarixi abidələri vardır.
Ərazisi – 667 km2
Əhalisinin sayı – 59642 nəfər.
Yaşayış məntəqələrinin sayı - 1 şəhər və 87 kənd.
Əhali sıxlığı – 89,4 (nəfər/km2).
Iqtisadi rayon – Lənkəran (iqtisadi rayonu).
Nəqliyyat vasitəsinin kodu - 65
Telefon kodu – 025-20
Poçt kodu (Mərkəzi PŞ) - AZ 6500
YERLİ ƏDLİYYƏ QURUMLARI
Dövlət notariusu vəzifəsini müvəqqəti icra edən: Mircavadov Cavid Fəxrəddin oğlu;
Telefon: (175) 5-28-76;
Ünvan: Azərbaycan küçəsi 100;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 10:00-19:00;
Fasilə: 14:00-15:00;
İstirahət günləri: VI-VII
Yardımlı rayon qeydiyyat şöbəsi
Rəis: -------------;
İş telefonu: (175) 6-10-46;
Aparıcı məsləhətçi: Məhərrəmov İlqar Xosrov oğlu;
İş telefonu: (175) 6-10-46;
Ünvan: H.Əliyev prospekti 63;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII
Yardımlı rayon icra qrupu
Rəis: Novruzov Vasif Səttar oğlu;
İş telefonu: 02520-6-19-69;
Ünvan: Yardımlı şəhəri, B.Mansurov küçəsi 1;
İş günləri: I-II-III-IV-V;
İş vaxtı: 9:00-18:00;
Fasilə: 13:00-14:00;
İstirahət günləri: VI-VII
Yardımlı rayon bələdiyyələrinin siyahısı
Bələdiyyənin adı |
Bələdiyyə sədrinin adı, |
Ünvanı |
Telefon nömrəsi |
Yardımlı bələdiyyəsi |
Alısov Əlihüseyn Hüseyn |
Yardımlı şəhəri |
050-453-47-23 |
Alar bələdiyyəsi |
Rüstəmov Ağarəşid Şirbağı |
Alar kəndi |
050-547-51-77 |
Hamarkənd bələdiyyəsi |
İbişov Tahir Allahverdi |
Hamarkənd kəndi |
050-578-59-64 |
Sırıq bələdiyyəsi |
Şabıyev Maqsud Səxavət |
Sırıq kəndi |
050-453-47-98 |
Urakərən bələdiyyəsi |
Əliyev Məlikməmməd Qocabək |
Urakərən kəndi |
050-491-89-54 |
Arvana bələdiyyəsi |
Aqayev Nufuəli Məhərrəm |
Arvana kəndi |
050-340-81-20 |
Avaş bələdiyyəsi |
Əliyev Daməd Xanəli |
Avaş kəndi |
055-392-60-34 |
Bərcan bələdiyyəsi |
Abbasov Səfər Mirzəhüseyin |
Bərcan kəndi |
050-458-96-62 |
Şıxlar bələdiyyəsi |
Canaliyev Elmiyar Ramazan |
Şıxlar kəndi |
050-379-87-78 |
Vərgədüz bələdiyyəsi |
Rufullayev Himayət Xıdır |
Vərgədüz kəndi |
050-321-86-11 |
Bozayran bələdiyyəsi |
Teyyubov Vaqif Qaraxan |
Bozayran kəndi |
050-516-53-15 |
Honuba bələdiyyəsi |
Şukurov Tahir Məsi |
Honuba kəndi |
050-382-01-28 |
Horavar bələdiyyəsi |
Hüseynov Əlibaba Barat |
Horavar kəndi |
050-491-89-54 |
Pirembel bələdiyyəsi |
Həsənov Vuqar Mirhəqiqət |
Pirembel kəndi |
055-869-42-74 |
Yolocaq bələdiyyəsi |
Quliyev Təbriz Aqaqulu |
Yolocaq kəndi |
050-599-78-54 |
Kürəkçi bələdiyyəsi |
Əliyev Zəfər Aqadin |
Kürəkçi kəndi |
050-334-30-32 |
Ostayır bələdiyyəsi |
Müzəfərrov Sahib Sulduz |
Ostayır kəndi |
051-861-96-12 |
Porsova bələdiyyəsi |
İmanov Elman Rasim oğlu |
Porsova kəndi |
050-594-84-02 |
Zevin bələdiyyəsi |
Qədirov Vurqun İsa oğlu |
Zevin kəndi |
050-754-24-08 |
Aşağı Astanlı bələdiyyəsi |
Novruzov Şahmur Bəxtiyar |
Aşağı Astan kəndi lı |
050-333-90-45 051-814-43-93 |
Bürzümübül bələdiyyəsi |
Cəbiyev Bakir Həsənəli |
Bürzümübül kəndi |
050-637-44-49 |
Ərsilə bələdiyyəsi |
Həsənov Eldar Qusi |
Ərsilə kəndi |
050-372-65-77 |
Ərus bələdiyyəsi |
Aqayev Nazim Ulduzxan |
Ərus kəndi |
050-634-78-56 |
Şəfəqli bələdiyyəsi |
Aqayev Adil Mirzəkişi |
Şəfəqli kəndi |
050-673-65-23 |
Çay Üzü bələdiyyəsi |
Əliyev Xudaşirin Qaraş |
Çay Üzü kəndi |
050-356-81-17 |
Köryədi bələdiyyəsi |
Şabiyev Nurəddin Naxıəli |
Köryədi kəndi |
050-442-22-00 |
Peştəsər bələdiyyəsi |
Nəzərov Tərlan Şahverdi |
Peştəsər kəndi |
050-581-89-81 |
Şiləvəngə bələdiyyəsi |
Mustafayev Seyran Ədələt |
Şiləvəngə kəndi |
050-245-62-13 |
Telavar bələdiyyəsi |
Nəcəfov Elşad Əzizbəy oğlu |
Telavar kəndi |
050-625-78-83 |
Vərov bələdiyyəsi |
Mirzəyev Fəzail Hümbət |
Vərov kəndi |
050-477-12-08 |