Masallıda bələdiyyə üzvləri və qulluqçuları üçün hüquqi maarifləndirmə kursu keçirilmişdir

Ədliyyə Akademiyasının və Lənkəran regional ədliyyə idarəsinin təşkilatçılığıilə 26 oktyabr 2017-ci il tarixdə Masallı rayonunda bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə kurs keçirilmişdir.

Lənkəran, Masallı, Cəlilabad, Astara, Lerik və Yardımlı rayonlarından olan bələdiyyə üzv və qulluqçularının iştirak etdiyi kursda “Bələdiyyə qulluğu, bələdiyyə qulluğuna qəbulun xüsusiyyətləri və bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri” mövzusunda Ədliyyə Akademiyasının əməkdaşları çıxış etmişdir. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.